Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi

8 oktyabr 2021-ci il tarixində saat 10:00-da 99 nömrəli tam orta məktəbin Tarix-Diyarşünaslıq Muzeyində dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar (canlı) şeir müsabiqəsi keçirildi. Müsabiqə 2 yaş qrupu ( 11-13 və 14-16) arasında keçirildi. Müsabiqədə yalnız Nizami Gəncəvinin şeirləri və qəzəlləri səsləndirildi. Qaliblər eyniadlı müsabiqənin rayon mərhələsinə buraxıldı.