ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ İNŞA VƏ RƏSM MÜSABİQƏSİ

Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə mövcud pandemiya qaydalarına uyğun olaraq “27 sentyabr Anım günü”nə həsr olunmuş “Müzəffər ordumuzun zəfər yürüşü” adlı onlayn inşa-yazı və rəsm müsabiqəsi keçirildi. Məktəbdaxili mərhələdə qalib gələn inşa və rəsm əsərləri Binəqədi rayon Gənclər və İdman İdarəsinə göndərildi.

Məktəbimizin VI sinif şagirdi Şükürzadə Şükranə rəsm müsabiqəsində orta yaş üzrə I yerə layiq görüldü. 6B sinif şagirdi Nəsirli Fatimə və 6C sinif şagirdi Tağızadə Lətifə, 8C sinif şagirdi Vəliyeva İlahə və 8A sinif şagirdi Abbaszadə Hüseyn isə “Fərqlənmə” ilə təltif olundular.  

XI sinif şagirdi Şahbazlı Nərmin isə inşa-yazı müsabiqəsində Fərqlənməyə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi