Pedaqoji Şura

24.09.2021-ci il tarixində 99N-li tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi. Məktəb kollektivi tərəfindən 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Allahdan onlara rəhmət diləndi. Pedaqoji Şurada 2021-2022-ci tədris ili üzrə yeni idarə heyəti seçildi. Məktəbin 2021-2022-ci tədris ili üzrə illik fəaliyyət planının, o cümlədən direktor müavinlərinin, məktəbin kitabxana müdirinin, məktəb psixoloqunun və UBTR-in iş planlarının müzakirəsi həyata kerçirildi və müvafiq tapşırıqlar verildi. İclasda məktəb üzrə siniflərin komplektləşdirilməsi, siniflərə şagird qəbulunun nəticələri, məktəbin iş rejiminin müəyyənləşdirilməsi kimi məsələlərə də yer ayrıldı.