Qalib ölkənin qalib birinciləri, yeni ders iliniz mübarək!

Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir.

22 sentyabr ilk dərs günüdür. Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarix bu günlə - 22 sentyabrla əvəz olundu. Bu gün I və IV siniflər üzrə ənənəvi dərsə start verilib.

22 sentyabr “Bilik günü”nün sevincini yaşayan hər bir kəs üçün, o cümlədən birincilər və onların valideynləri çox əlamətdardır.  Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin həyətində də sosial məsafə saxlamaqla ilk dərs gününün sevinci yaşandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Məmmədova Ofelya yeni dərs ilinin başlanması münasibətilə qalib ölkənin qalib birincilərini təbrik etdi və onlara dərslərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi