YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. 

Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu  orqanizmə zəhərləyici təsir göstərir.

Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin birinci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanovun təşəbbüsü ilə həmin idarənin Dövlət Yanğın Şöbəsinin inspektorları -   daxili xidmət kapitanı Kənan Baxşizadə və daxili xidmət baş leytenantı Nicat Zeynalov yanğın təhlükəsizliyi haqqinda təbliğat aparmışlar.

Kənan Baxşizadə baş verən yamğın zamanı yanğınsöndürmə balonundan necə istifadə etmək, yangın zamanı ondan necə qorunmaq qaydalarını göstərmiş, yanğn baş verməməsi üçün nələrə diqqət edilməsi haqda mülahizələr söyləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi