Fərqlənən məzunlarımız

On bir il əvvəl başlanan orta təhsil onlar üçün artıq bitdi. Həyəcanlı imtahanlar, ev tapşırıqları, inşalar və daha nələr geridə qaldı. Yeni bir yolun başlanğıcına qədəm atıldı. Onlar orta məktəbi fərqlənmə attestatı ilə bitirən məzunlardır. Qarşılaşdıqları çətinliklər onları heç vaxt ruhdan salmadı...
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin direktoru Məmmədova Ofelya məktəbimizin 3 şagirdini fərqlənmə attestatı ilə təltif edərək, təbrik etdi. Onlardan 2 nəfəri XI sinif şagirdi, 1 nəfəri isə IX sinif şagirdidir.
· 11A sinif şagirdi - Zeynallı Xədicə Elnur qızı
· 11Ç sinif şagirdi - Məmmədov Teymur Ruslan oğlu
· 9E sinif şagirdi- Hüseynli Rəna Elmar qızı
Biz də məktəbimizi Fərqlənmə attestatı ilə bitirən şagirdlərimizi təbrik edir, onlara həyatda da yaxşı əməlləri ilə fərqlənərəq uğurlar arzulayirıq.