Fəxri fərman

Fəxri fərman - Hər hansı xidmətə, nailiyyətə görə iftixar əlaməti olaraq verilir. Fəxri fərman sözü alınma sözdür. Fəxri - ərəb sözüdür, mənası iftixarla deməkdir. Fərman isə fars sözü olub, mənası əmr vermək deməkdir. Fəxri fərman və ya fəxri adlar elm, təhsil, səhiyyə, mədəniyyət və.s yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin direktoru Məmmədova Ofelya məktəbin bir qrup müəllimlərini Fəxri fərmanla təltif etmişdir.
- İnformatika və riyaziyyat müəllimi – Məmmədova Sevda – rəhbərlik etdiyi “HERO” komandasının “Rəqəmsal bacarıqlar” layihəsi üzrə “Qış onlayn yarışı”nda dünya və ölkə birincisi olduğuna görə
- Tarix müəllimi Almaz İslamova – Fənn Olimpiadasında şagirdi yer tutduğuna görə
- İngilis dili müəllimi Hüseynova Əzizə - təlim keyfiyyəti yüksək olduğuna görə
- “Bacarıqlı əllər” dərnəyinin rəhbəri İmaməliyeva Şəhla – şagirdləri müxtəlif müsabiqələrdə yer tutduğuna görə
- İngilis dili müəllimi Vəliyeva Şəhla – təlim keyfiyyəti yüksək olduğuna görə
- Azərbaycan dili və ədəbiyyat müəllimi Xələfoba Rəhilə - təlim keyfiyyəti yüksək olduğuna görə