Pedoqoji Şura

Pedoqoji Şura - ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanıdır. Müəssisənin səlahiyyətinə dair bütün vacib məsələlər məhz pedoqoji şurada müzakirə edilir və kollegial qərar qəbul olunur.
17 iyun 2021-ci il tarixdə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq, ara məsafəsi saxlanılaraq Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada məktəbin direktoru Məmmədova Ofelya, təlim - tərbiyə işləri üzrə direktor müavini Ağayeva Kəmalə, ibtidai siniflər üzrə təlim - tərbiyə işləri üzrə direktor müavini Mahmudova Sevda,  tərbiyə işləri üzrə direktor müavini Məmmədova Sevda və müəllimlər iştirak etdilər.
Pedaqoji Şura iclası məktəbin direktoru Ofelya Məmmədovanın çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və təhsildəki yeniliklərlə, həm müəllimlərin, həm də şagirdlərin əldə etdiyi uğurlarla müəllimləri tanış etdi: - 2020-2021-ci tədris ilində məktəbimiz bir çox uğurlar qazandı. Şagirdlərimiz bilik yarışlarında iştirak edərək, yüksək nəticlərlə bizi sevindirdilər. 
Tarix fənni üzrə III yerin qalibi olmuş Alməmməov Murad Nofəl oğlunu xüsusi qeyd edən məktəb direktoru bu işdə böyük zəhməti olan məktəbin tarix müəllimi İslamova Almaza öz minnətdarlığını bildirdi. 
Rəqəmsal bacarıqlar fənni üzrə Alqoritmika və Beynəlxalq riyaziyyat Proqramlaşdırma məktəbi tərəfindən keçirilən “Şaxta baba upgrade et” adlı beynəlxalq yarışmada dünya və ölkə birincisi olmuş məktəbin 6D sinifini xüsusilə qeyd edən məktəb direktoru informatika-riyaziyyat müəllimi Sevda Məmmədovaya da çəkdiyi zəhmətə görə öz təşəkkürünü bildirdi. 
Ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandıran Ofelya Məmmədova 44 günlük Vətən müharibəsi zamanı mərdliklə döyüşərək ŞƏHİD və QAZİ adına layiq görülmüş məzunlarımızdan, onların şücaətindən, qorxmazlığından, vətən üçün öz canlarını, sağlamlıqlarını fəda edən ŞƏHİDimiz Fərid Məhərrəmovdan, QAZİlərimiz Kənan Hüseynov və Nurbalayev Ramildən danışaraq, qürur hissi keçirdiyini bildirdi. 
Çıxış təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Məmmədovaya verildi. Sevda xanım 2020-2021-ci tədris ilində II yarımillik qiymətləndirmənin nəticələrini siniflər üzrə qeyd edərək, məktəbdaxili qiymətləndirmənin test üsulu ilə aparıldığını bildirdi. Qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlərin adları qeyd edildi:
- 7e  sinfində 2 şagird qiymətləndirilmədi;
- 5ə sinfində 1 şagird sinifdə qaldı.
Daha sonra siniflər üzrə şagirdlərin sayı, gəlib-gedən şagirdlərin hesabatı verildi. 
Sonda Ofelya Məmmədova müəllimləri dərsə daha məsuliyyətli yanaşmağa, daha yüksək nəticələr əldə etməyə çağırdı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi