Lütfi Zadəyə həsr olunan dəyirmi masa

Məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş dəyirmi masalar keçirilir. Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam məktəb olaraq, bizim məktəbdə də Lütfi Zadənin 100 illiyinə həsr edilmiş dəyirmi masa keşirildi. Keçilən dəyirmi masada şagirdlər görkəmli professorun 6 mühüm nəzəriyyəsi ətrafında müzakirələr apardılar.
Həmçinin şagirdlər tərəfindən görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair hazırlanmış videoçarxlar və şagirdlərin hazırladığı rəsm əsərləri də nümayiş etdirildi. Dəyirmi masada məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Ağayeva, UBR – Nərimanova Aynurə qonaq qismində iştirak edirdilər.
Onu da qeyd edək ki, həmin video-çarxlar məktəbimizin “Təhsilimiz-Vətənimiz” adlı youtube kanalina yerləşdirilib.