Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş açıq dərslər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.

 

Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş “Dəyirmi masa”,  “Açıq dərs” və bilik yarışlarının təşkili, onun həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur.

 

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Salmanova Səadətin təşkilatçılığı ilə 7C sinfində  Lütfi Zadənin elmi yaradıcılığına həsr olunmuş   “Açıq dərs”  keçirildi. Şagirdlərə Lütfi Zadənin həyat və yaradıcılığı haqqında məlumat verildi.Şagirdlər onun qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyətini dərk etməyə çalışdılar. Şagirdlər arasında Məmmədli Fərid öz fikir və zəkası ilə diqqəti cəlb etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi