Məntiq olimpiadasının qalibi

Məktəbdə mayın 8-də 2020-2021-ci tədris ili üzrə Lütfi zadə adına məktəblərarası Məntiq Olimpiadası”nın 1-ci mərhələsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən  ibarətdir. 

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən Lütfi zadə adına məktəblərarası Məntiq Olimpiadası”nın  əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadı və məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan maraqlarını artırmaqdan ibarətdir. Məntiq olimpiadasının məktəbdaxili mərhələsində 5B sinif şagirdi Hüseynov Davud I yerin qalibi oldu. Öz zəkası ilə fərqlənən Davud rayondaxili mərhələdə də I yer tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi