6B sinfinin Dendroloji parka səyahəti

Abşeron yarımadasının ən gözəl guşələrindən birində - Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tropik və subtropik bitki növlərinin canlı muzeyidir. Mərdəkan dendrarisi, Bakıdan 40 km aralıda, yarı quru Abşeron yarımadasındakı Mərdəkan qəsəbəsində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. Təqribən 12 hektar sahəsi olan bağa Lənkərandan torpaq gətirilib və 40 santimetr qalınlığında torpaq qatı verilib.
Bağ 1920-ci ildən sonra müsadirə edilib və bir müddət baxımsız qalıb. Görkəmli rus botaniki, akademik N.İ.Vavilov 1926-1945-ci illərdə bağın iqlim, torpaq, əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialını təşkil edib. 1945-1964-cü illərdə bağ Bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutunun təcrübə bazası kimi fəaliyyət göstərib. Bağ 1964-1966-cı illərdə respublikanın Səhiyyə Nazirliyinin nəzdində olub. Səhiyyə Nazirliyinin nəzdində olan Mərdəkan Dendroloji Parkı (dendrarisi) 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutuna verilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 aprel tarixli qərarına əsasən Mərdəkan Dendrarisi AMEA-nın Dendrologiya İnstitutu adlandırılıb. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir. Azərbaycan dendroflorasının çox cilidli nəşri hazırlanmaqla yanaşı Otaq bitkiləri ensklopediyası, Gülçülük Ensklopediyası, Ekologiya dərs vəsaiti və.s. kitabları çapdan çıxmışdır. Son illər ərzində bağda yenidənqurma, abadlaşdırma tikinti işləri aparılmış, növ zənginliyi bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilmiş, bioekoloji xussiyyətləri öyrənilmiş və kolleksiyalara daxil edilmişdir. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilmişdir.
Bağ öz təbii, coğrafi xüsusiyyətlərinə görə Afrika, Asiya, Avropa, Amerikanın iqlim zonalarına oxşardır. 1926-45-ci illərdə iqlimin torpaq və əkin üçün yararlı xüsusiyyətlərini nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filalını görkəmli rus botaniki, akademik N.Y.Vavilov təşkil etmişdir. Filalın əsas məqsədi quru subtropik iqlimə malik Abşeron yarımadasında dünyanın bir çox ölkələrindən gətirilmiş ağac və kol bitkilərinin bioloji xüsusiyyətlərini öyrənməklə yanaşı respublikada və ona yaxın digər qonşu ölkələrdə flora zənginliyinin artırılmasına istiqamətləndirilmişdir.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin biologiya müəllimi Xəlilova Bəyim rəhbəri olduğu 6“B” sinf şagirdləri ilə birgə Mərdəkanda yerləşən Dendrologiya İnstitutuna ekskursiya etmiş, orada olan “Ağac və kol bitkiləri”, “Nadir və nəsli kəsilməkdə olan bitkilər”, “Örtülü şəraitdə becərilən bitkilər”, “Çiçəkçilik”, “Bitkilərin mühafizəsi və monitorinqi” laboratoriyaları ilə yanaşı, “Toxumçuluq” ,“Bitkilərin xəstəlik və ziyanvericilərinə qarşı mübarizə” sektorları ilə tanış olmuşlar. Bağın füsunkar gözəlliyinə heyran olan şagirdlər xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun büstü qarşısında xatirə şəkilləri çəkdirmişlər.