SON ZƏNG

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür.
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də "Son zəng” tədbirləri keçirilir.
“Son zəng” - qeyd edilən bayram, məktəbin qurtardığı gün. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…
…Bu gün on minlərlə şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır. Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir.
…Budur, artıq Son zəng çalınlr. Bir vaxtlar bu zəngi bir gündə dəfələrlə eşidirdilər. Bu gün isə bu zəng onların orta məktəb həyatında eşitdikləri sonuncu zəng olur. Onlar bir zamanlar oturduqları partalar üçün belə, darıxacaqlar... Hələ sinif yoldaşlarını, tələbkar müəllimlərini demirəm... Onların uşaqlıq həyəcanları, sevib-sevmədikləri nə varsa, hamısı məktəb divarları arasında qalır...
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” məktəbi bitirən XI-lərin həm sevinc, həm də kədər hissi oldu.
İlk öncə məktəbin direktoru Ofelya Məmmədova çıxış edərək, tədbirin açılışını 44 günlük Vətən müharibəsi zamanı mərdliklə döyüşərək ŞƏHİD və QAZİ adına layiq görülmüş məzunlarımızdan - onların şücaətindən, qorxmazlığından, vətən üçün öz canlarını, sağlamlıqlarını fəda edən ŞƏHİDimiz Fərid Məhərrəmovdan, QAZİlərimiz Kənan Hüseynov və Nurbalayev Ramildən danışaraq, qürur hissi keçirdiyini bildirdi.
Ofelya xanım məktəbimizin fəallarını bir-bir qeyd edərək, onların gördüyü işlər haqqında qısa məlumat verdi:
- Xocalı harayı” adlı rəsm müsabiqəsində Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rəsm üzrə 5D sinif şagirdi Banu Telman qızı Ərəblinski və 5C sinif şagirdi Lətifə Asəf qızı Tağızadə I yerə layiq görüldü.
- Qarabağ şəhidlərinin adını əbədiləşdirərmək məqsədilə Bakıməktəbləri arasında Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə IX və XI sinif şagirdləri arasında keçirilən “Hər şəhid bir çinardır” adlı onlayn inşa müsəbiqəsində X sinif şagirdi Səmayə Zaur qızı Məlikova və Nərmin Əlihüseyn qızı “Fərqlənmə” ilə mükafatlandırıldı.
- Rəqəmsal bacarıqlar fənni üzrə Alqoritmika və Beynəlxalq riyaziyyat Proqramlaşdırma məktəbi tərəfindən keçirilən “Şaxta baba upgrade et” adlı beynəlxalq yarışmada məktəbimizin informatika-riyaziyyat müəllimi Sevda Vahid qızı Məmmədovanın təşkilatçılığı ilə 6D sinif şagirdlərinın yaratdığı “Hero” adlı komanda maksimum 660 bal toplayaraq dünya və ölkə birincisi oldu.
- Alməmmədov Murad Nofəl oğlu Fənn olimpiadasının final mərhələsi tarix fənni üzrə III yerin qalibi oldu.
Tədbirin sonunda məktəbin məzunu Alməmmədov Murad "BİLİK AÇARI"nı məktəbin X sinif şagirdi Qəmbərli Bəxtiyara təqdim etdi.
Onu da qeyd edək ki, məktəbimizdə keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı və 44 günlük Vətən müharibəsi zamanı ŞƏHİD olmuş Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” ilə başa çatdı.