Məktəbimizin Tarix-diyarşünaslıq Muzeyində

Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olub, mürəkkəb və çətin inkişaf yolu keçmişdir.

Azərbaycan mədəniyyətinin, ədəbiyyat və incəsənətinin, elminin, tarixinin, zəngin maddi və mənəvi sərvətlərinin, məişət və folklorunun, bütövlükdə mədəni xəzinəsinin toplanması, mühafizə edilərək öyrənilməsində və yayılması işində digər mədəniyyət, elm və təhsil müəssisələri ilə muzeylərin də rolu əvəzsizdir.

Muzeylər insanların ictimai-iqtisadi inkişafında əldə etdikləri, yaratdıqları maddi və mənəvi sərvətlərin toplandığı, qorunub mühafizə edildiyi, öyrənildiyi və gələcək nəsillərə çatdırıldığı mədəniyyət, elm-maarif müəssisələridirlər. Eləcə də muzeylər hər bir fərdin, bütövlükdə cəmiyyətin dünyagörüşünün formalaşmasında və inkişafında, onların mədəni, mənəvi və bədii tərbiyəsində çox əhəmiyyətli işlər aparırlar.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə - 1980-ci ildə onun böyük təşkilatçılıq səyi ilə muzeylər haqqında xüsusi qərar qəbul edilmişdir. Qərarda xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın bütün rayon və şəhərlərində ölkəşünaslıq, tarix-diyarşünaslıq muzeyləri yaradılmalıdır. Çünki bu muzeylər ayrı-ayrı rayonların, bütövlükdə respublikamızın milli-mənəvi, mədəni sərvətlərinin, dəyərlərinin üzə çıxarılması, toplanması, elmi cəhətdən araşdırılması, tədqiq edilməsi, hazırkı və gələcək nəsillərə çatdırılması işində faydalı və böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası muzey işçilərinin 1982-ci ildə keçirilmiş müşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdirilməsini, təkmilləşdirilməsini, tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərinin əhəmiyyətini qeyd edərək demişdir:

“Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusən cavan nəslin ideya-siyasi mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir...

Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olması üçün də vəsilədir. Bir sözlə, tarix-diyarşünaslıq muzeyləri təşkil etməyin zəruriliyi göz qabağındadır”.

Keçən əsrin 20-30-cu illərində Azərbaycanın yalnız bir neçə şəhər və rayonlarında – Naxçıvan, Gəncə, Şəki, Lənkəran və başqa yerlərdə tarix-diyarşünaslıq (ölkəşünaslıq) muzeylərin mövcud olduğu halda əsrin 70-ci illərində artıq respublikamızda tarix-diyarşünaslıq, ev-xatirə muzeylərinin geniş şəbəkəsi yaradılmış və fəaliyyətə başlamışdır. Eləcə də görkəmli şəxsiyyətlərin- alimlərin, mədəniyyət, ədəbiyyat, dövlət xadimlərinin xatirə muzeyləri təşkil edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə də tarix-diyarşünaslıq muzeyi mövcuddur. Məktəbin tarix müəllimi Rəfiyev Sayadın rəhbərliyi ilə yaradılmış tarix-diyarşünaslıq muzeyi və orada qorunub saxlanılan eksponatlar məktəbimizin şagirdlərinin və məktəbimizə gələn qonaqların böyük marağına səbəb olmuşdur.

Ötən gün Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan alimi, millət vəkili Əziz Ələkbərli məktəbimizdəki “Heydər Əliyev adına Deportasiya olunmuş azərbaycanlıların tarix-diyarçünaslıq muzeyi”nə baxış keçirmiş, orada qorunub-saxlanılan eksponartlarla tanış olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi