Sağlam və psixoloji mühitin təşkili

Respublikamızda təhsil sahəsində həyata keçirilən sağlam-psixoloji və təhlükəsiz mühitin yaranmasında məqsəd, təlim prosesinin səmərəliliyini təmin etməklə təlimdə çətin tərbiyə olunan şagirdlərlə nəzərdə tutulmuş işləri görmək, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran fəal şəxsiyyət yetişdirməkdir.
Məktəbdə uğura gedən yol demokratik, sağlam mühitin formalaşdırılmasından, fəaliyyətin müəllim, şagird və valideynlərlə birlikdə planlaşdırılmasından, təhsili dəyərə çevirməkdən başlayır. Bu amillərə söykənərək yeniliklərin tətbiq olunması ilə yüksək nailiyyətlər əldə etmək mümkündür. 
Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin psixoloqu Güldərən Zeynalova məktəb şagirdləri və onların sinif rəhbərləri ilə görüşərək “Sağlam gələcək” mövsuzunda söhbətlər aparmış, şagirdlərə iqlim dəyişməsi ilə bağlı yaranan immunitet zəifliyindən və hal-hazırda Yer kürəsini əhatə edən Covid-19 virusundan necə qorunmaq, gigiyenik qaydalara əməl etmək, qapalı məkanlarda maskalardan istifadə etmək haqda tövsiyələr vermişdir.  
Güldərən xanım “sağlam bədəndə sağlam ruh olar” devizi altında onu da qeyd etmişdir ki, uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin sağlam olması üçün pis vərdişlərdən uzaq olmaq gərəkdir. 
Sonda məktəb psixoloqu risk qrupuna daxil olan və xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşmüş, onlarla söhbətlər aparmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi