Nizami Gəncəvi – 880

Nizami Gəncəvi XII əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi və mütəfəkkilidir.  
Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkili orta əsr Şərqinin ən böyük dahisi, ən böyük dühası hesab olunan bu görkəmli ədibimiz farsdilli epik ədəbiyyatının romantik şairi və eyni zamanda farsdilli poeziyanın realistik sirr gətirmiş sənətkarı hesab olunur. 
N.Gəncəvi yaradıcılığa lirik şeirlə başlamışdır. Şairin lirik irsindən əldə olunan nümunələr klassik şərq şeirinin 3 şəklini – qəzəl, qəsidə və rübai şəklini əhatə edir.
Ədibin əsərləri onu göstərir ki, insan və onun taleyi, insan və onun həyatı, insan və onun arzu-istək lirikasının əsas mövzusu olmuşdur. Biz onun “Xəmsə”sinə, onun poemalarına, eyni zamanda da buraya daxil olan hekayələrə diqqətlə baxarkən görürük ki, Nizami Gəncəvi insanlara, xüsusilə də sadə insanlara həddən artıq dəyər vermişdir. 
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarına əasasən, Nizami Gəncəvinin əsərləri Azərbaycan Respublikasında dövlət varidatı hesab olunan əsrlər sırasına daxil olmuşdur. 
Bu il Nizami Gəncəvinin 880 ili tamam olur. Məhz bu münasibətlə 2021-ci il “Nizami Gəncəvi ili” kimi elan edilmişdir. 
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Mətanət rəhbəri olduğu 4“E”sinifində Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş açıq dərs keçirmiş, şagirdlər Nizami Gəncəvinin əsərlərindən ibarət kiçik səhnəciklər nümayiş etdirmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi