Tarixi Qələbəmizə həsr olunan Park

1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.Qeyd edək ki, 1990 – cı ildən 28 may tarixi ölkəmizdə Respublika günü kimi qeyd olunur.
Hər il olduğu kimi bu ildə Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 N-li tam orta məktəbdə 28 May Respublika gününə həsr olunnmuş silslisə tədbirlər keçirilir.Bu kimi tədbirlərdən biri isə 26 may 2021-ci il tarixində 4C sinfinin rəhbəri Məhəmmədova Aysel və 4E sinfinin rəhbəri Məmmədova Mətanət tərəfindən şagirdlərin “Hərbi Qənimətlər” parkına gəzintiyə aparılması oldu.Şagirdlərin bu parka aparılmasında məqsəd məktəb şagirdlərini Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı Zəfərin müəyyən qismi ilə tanış etmək idi.Son keçilən dərslərdə sinif rəhbərləri şagirdlərə tarixən Aərbaycanın başına gətirilən bəlalardan söhbət açmışdı.Lakin buna baxmayaraq,Xalqımız həmişə mərd davranmış bir qarış torpağı uğrunda canlarını fəda etməyə hazır olmuşlar.
Şagirdlər Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikaları ilə tanış oldular. Onlar Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda izlədilər.
Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri nümayiş etdirilir.
Bütün bunlar şagirdlərə park bələdçiləri tərəfindən izah olundu və nümayiş etdirildi.Şagirdlər sonda öz təəssüratlarını bölüşdülər və xatirə şəkli çəkdirdilər.