RADİOÇARX

Bu gün Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbə qonağıq. Məktəbin tarixi, onun müəllim və şagird kollektivi, qazandığı nailiyyətlər və uğurlu məzunları ilə tanış olacaqsınız. Bu işdə sizə bələdçiliyi bir vaxtlar bu məktəbin məzunu olub, indi isə həmin məktəbin tarix müəllimi kimi fəaliyyət göstərən mən – Almaz müəllimə edəcək.
99 nömrəli tam orta məktəb 1962-ci ildə inşa olunub. Hal-hazırda məktəbin 1500 şagird və onların təhsili, təlim və tərbiyəsində böyük rol oynyan 140 müəllim heyəti çalışır.
Müəllimlik şərəfli peşədir. Bizim müəllim kollektivimiz bu peşənin öhtəsindən müvəffəqiyyətlə gəlir. Qazandığı nailiyyətlər, yetişdirdiyimiz məzunların uğurları bunu deməyə əsas verir.
Məktəbimiz 2010-cu ildə “İlin ən yaxşı məktəbi” layihəsinin qalibi olmuş və fəxri fərmanla mükafatlandırılmışdır.
2014-2015-ci tədris ilində IX siniflər üzrə buraxılış nəticələrinə görə fəxri fərmana layiq görülüb.
Müəllimlərimizdən bir nəfəri – Əliyeva Nərminə Elmlər Namizədi, 3 nəfər müəllimimiz isə Rüstəmova Bibixanım, Ağayeva Mətanət və Hacıyeva Gülşən “İlin mükafatı”na layiq görülmüşdür.
Məktəbimizin müəllimi İmaməliyeva Şəhla Rəssamlar İttifaqının üzvüdür. Onun çəkdiyi rəsm əsərləri, toxuduğu xalçalar müxtəlif sərgilərdə nümayiş olunur.
Hal-hazırda məktəbimizdə çalışan müəllimlər - Kəmalə, Arzu, Sevda, Əzizə, Pəri müəllimə, Samirə müəllimə, Elnarə müəllimə, Nərminə, Məlahət, Yeganə, Mənsurə və Almaz bir vaxtlar bu məktəbin məzunları olmuşlar.
Tatix müəllimi Sayad Rəfiyev 1988-ci ildə ölkəmizə pənah gətirən müəllimlərimizdəndir. Sayad müəllim Azərbaycan tarixinə dair illərlə topladığı nümunələri qoruyub saxlamış və məktəbimizdə “Tarix” Muzeyi yaratmışdır. Bu muzey eksponatları şagirdlərin və məktəbimizin qonaqlarının böyük marağına səbəb olur.
Məktəbimizin şagirdləri də böyük uğurlara imza atmış, müxtəlif bilik yarışı və fənn olimpiadalarında iştirak etmiş, qalib olmuşlar.
2015-ci tədris ilində iki nəfər Beynəlxalq Kimya Olimpiadasında qalib olmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Bilik Yarışının şəhər mərhələsində 4 şagirdimiz I yerə layiq görülmüşdür.
Bu tədris ilində isə keçirilən fənn olimpiadasında XIc sinif şagirdi Alməmmədov Murad tarix fənni üzrə final mərhələsinə vəsiqə qazanmışdır. Ona gələcək final yarışlarında uğurlar arzulayırıq.
Hər il məktəbimizi bitirən məzunlar yüksək bal nəticələri ilə Respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuşlar.
2017-2018-ci ildə 5 nəfər məzunumuz, 2018-2019-cu tədris ilində 2 nəfər, 2019-2020-ci ildə isə 4 nəfər məzunumuz 600-dən yuxarı bal toplayaraq, tələbə adını qazanmışlar.
Respublikanın bütün dövlət orqanlarında çalışan, müxtəlif peşələrdə - həkim, müəllim, hüquqşünas, rəssam, mədəniyyət, elm sahəsində çalışaraq, uğurlara imza atan məzunlarımız var. Onlardan bir neçəsini sizə təqdim etmək istəyirəm:
Taekvando üzrə Dünya Olimpiadasının qalibi, federasiya prezidenti Rəşad Əhmədov;
Sərbəst Güləş Üzrə Gürcüstanda keçirilən yarışın qalibi Dadaşov Yalçın:
Muğam Festivalının qalibi Səmədova Lalə;
Azərbaycan Rəssamlar İttifaqının üzvü, müxtəlif beynəlxalq sərgilərin qalibi Şıxıyev Tofiq.
...Azərbaycan Musiqi Festivallarıının və müxtəlif xarici ölkələrdə - Polşa, Finlandiya, Avstriya, Fransa, ABŞ-da keçirilən Beynəlxalq festivalların qalibi olmuş Şıxıyev Tofiq 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Birinci Beynəlxalq İfaçılıq Müsabiqəsinin “Qran-pri”si ilə mükafatlandırılmışdır.
Məzunlarımız öz peşələrində uğulu olduqları qədər, vətənpərvər və mübarizdirlər. Doğma Azərbaycanımızın ağrılı-acılı günlərində, istər Birinci Qarabağ, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətlə döyüşən igid oğullarımız və “ŞƏHİDLİK” zirvəsinə qədər yüksələn məzunlarımız da oldu.
Vətən müharibəsinin ilk günlərində sonuna qədər qəhrəmanlıq göstərən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fərqlənən, müxtəlif orden və medallara layiq görülən Rüstəmov Elvin, Əkbərov Rəşid, İbadov Savalan, Bayramov Turqut, Nuriyev Ağabala, Məmmədov Kamran, Nurbalayev Ramil və ŞƏHİDlik zirvəsinə ucalan məzunumuz Cəfərzadə Rəşad və Məhərrəmov Fərid.
99 nömrəli məktəbin kollektivi bu igid məzunlarımızla fəxr edir, ŞƏHİD oğullarımıza isə Allahdan rəhməd diləyir.
Bu gün yenə məktəbimiz bir istiqamətdə çlışır: Təhsilin keyfiyyətini artırmaq və bu sahədə yeni-yeni uğurlara imza atmaq!