“HƏR ŞƏHİD BİR ÇİNARDIR” mövzusunda inşa-yazı müsabiqəsi

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinə start verilib.
Müsabiqə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Light Up Training Platformun təşkilatçılığı ilə həyata keçirilir.
Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir. Bu məqsədlə H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.İnşa yazı müsabiqəsi 9-11-ci sinif şagirdləri arasında onlayn qaydada təşkil oundu.Məktəb şagirdləri Yazıda şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmağa çalışdılar. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. O zirvə ki, çıxışı ölümdən keçir, ölərək yaşamaqdan keçir. Şəhidlik zirvəsi vətəni və xalqı uğrunda canını belə fəda etməyə hazır olan ləyaqətli və cəsarətli insanların yüksələ biləcəyi zirvədir. Bu cür zirvələri fəth edən igidlərimizi məktəblilər daim fəxrlə anır və onların uğrunda qan tökdüyü torpağa layiqli gənc nəsil olmağa çalışırlar.
Məktəbdaxili mərhələdə 11ci sinif şagirdi Alməmmədov Murad Nofəl oğlu,10-cu sinif şagirdi Məlikova Səmayə Zaur qızı və 10-cu sinif şagirdi Şahbazlı Nərmin Əlihüseyn qızı I yerə layiq görüldülər.
Qalib inşalar rayon mərhələsi üçün Binəqədi rayon Gənclər və İdman İdarəsinə təqdim olundu.