Sağlam həyat tərzi

Narkomaniya, tütün və bu kimi zərərli vərdişlər ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Bu siyasət cəmiyyətin hər bir sahəsində olduğu kimi məktəblərdə də həyata keçirilir.
Binəqədi rayonu H.Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Sağlam həyat tərzi Şüarı əsas tutularaq daim,mütəmadi olaraq zərərli vərdişlərə qarşı mübarizə aparılır, şagirdlər arasında geniş təbliğat işləri həyata keçirilir. Microsoft Teams platforması üzərində məktəb şagirdləri ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini, Ubtr-i, psixoloqu, müvafiq fənn müəllimləri və sinif rəhbərləri müntəzəm olaraq təşkilat saatlarında müzakiələr aparırlar. Şagirdlərə siqaret, alkaqollu içkilər, narkotik və psixotrop maddələrin bəşəriyyətə vurduğu ziyan eləcədə insan orqanizminə mənfi fəsadları haqqında məlumat verilir, ümumilikdə zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur. Şagirdlər özlərinin hazırladıqları təqdimatlar və çəkdikləri rəsmlərlə zərərli vərdişlərin insanların həyatını necə məhv etdiyini qabarıq şəkildə ifadə edirlər.