Aprel döyüşləri şanlı tariximizdir

Aprel döyüşləri bizim şanlı-hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

...Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Azərbaycanda vətənpərvərlik hissləri XX əsrin sonlarında, SSRİ-nin parçalanmasından sonra daha qabarıq özünü göstərməyə başlamışdır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin göstərdikləri şücaət bunu bir daha sübut edir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə vacib məsələlərdən biri olmuşdur. Buna görə də ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət vermiş və bunu çıxışlarında dönə-dönə tövsiyə etmişdir.

...2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi xalqımıza geniş şəkildə tanıtmaq üçün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin texnologiya müəllimi Şəhla İmaməliyevanın aprel döyüşlərinə və ikinci Qarabağ müharibəsinə həsr olunmuş, muncuqlardan hazırlanmış əl işlərindən ibarət video-çarx və 5“D” sinif şagirdləri məktəbin tarix müəllimi Tahirə Bayramovanın təşkilatçılığı ilə “Aprel döyüşləri ordumuzun zəfər günü” başlığı altında video-çarx hazırlamışlar. Həmin video-çarx məktəbimizin “Təhsilimiz-Vətənimiz” adlı youtube kanalında və facebook səhifəmizdə yayımlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi