Fənn Olimpiadasının qalibi

Olimpiada - gənc talantları kəşf etmək, hər hansı bir mövzuya marağı olan yeniyetmələri həmin mövzuya daha da həvəsləndirmək üçün keçirilən rəqabətcil müsabiqədir. Olimpiadalarda və bu kimi müsabiqələrdə həll edilməsi mürəkkəb olan suallar olur. Bu sualları həll etmək üçün vaxtı düzgün dəyərləndirməyi, bu tip suallara dəqiq və düzgün cavab verməyi bacarmaq lazımdır ki, bunlar da olimpiadaya hazırlıq müddətində aylar sürən dərslər sayəsində olimpiada iştirakçısına öyrədilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 118 şagirdi fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb.
Bu Fənn Olimpiadasında iştirak edən və yarımfinala vəsiqə qazanan şagirdlərdən biri də Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nomrəli tam orta məktəbin 11ç sinif şagirdi Alməmmədov Murad Nofəl oğludur. O, tarix fənni üzrə yarışa qatılaraq, birinciliyi əldə etmiş və II mərhələyə vəsiqə qazanmışdır.
Biz də şagirdimizin bu uğuruna sevinir və bu uğurun əldə edilməsində böyük zəhməti olan məktəbimizin tarix müəllimi İslamova Almaza təşəkkürümüzü bildiririk.