Onlayn valideyn iclasları

Valideyn iclasları məktəb həyatının mühüm atributlarından, müəllim fəaliyyətinin əsas elementlərindən biridir. Müəllim və valideynlər uşaqların təlim-tərbiyəsinə, inkişafına bərabər təsir göstərdyindən onların fəaliyyətlərinin qarşılıqlı əlaqələndirilməsi zəruridir.  Bu əlaqələndirmənin əsas vasitəsi isə valideyn iclaslarıdır. Valideyn iclaslarının əsas məqsədi valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problemlərinin həlli yollarını axtarıb tapmaqdır.  Bundan əlavə, bu iclaslar valideynlərin pedaqoji maariflənməsi və şagirdlərin tərbiyəsinə görə məsuliyyət hissini artırmaq məqsədlərinə xidmət edir.

Son dövrlər baş verən bəzi problemlərə görə, o cümlədən yaranmış COVİD-19 pandemiyası səbəbindən valideyn iclasları onlayn şəkildə keçirilir.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin    sinif rəhbərləri tərəfindən müntəzəm olaraq onlayn (Microsoft Times) vasitəsilə valideyn iclasları və sinif təşkilat saatları keçirilir. Şagirdləri və valideynləri narahat edən məsələlər müzakirə olunur, sinif rəhbərləri tərəfindən müvafiq tapşırıqlar verilir. İclaslarda hər sinifdə dərs aparan fənn müəllimləri iştirak edirlər. Fənn müəllimləri onlayn dərslərdə rastlaşdıqları çətinlikləri dilə gətirərək, prosesin keyfiyyətli alınması üçün valideynlərin də köməyinin vacib olduğunu bildirirlər. Daha sonra şagirdlərin dərsdəki fəallığı barədə məlumatlar verilir.

     Sonda valideynləri maraqlandıran suallar ətrafinda fikir mübadiləsi aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi