Psixoloqun tövsiyələri

Məktəb psixoloqun uşaqlar, valideynlər və müəllimlərlə işlədiyi böyük bir cəmiyyətdir. Bu səbəbdən məktəb psixoloqu tədris prosesi ilə ayrılmaz şəkildə bağlıdır.

Psixoloq uşağın məktəbə qədəm qoyduğu ilk gündən onun təlim-tərbiyəsini diqqət mərkəzində saxlayan məsul bir şəxs, həmçinin, peşəkar mütəxəssisdir. Məktəb psixoloqunun işi mürəkkəb və çoxşaxəlidir. Psixoloq  uşaqlarda aqressivliyin səbəblərini, onların dərslərə pis davamiyyətini, dərslərini zəif öyrənməsini müəyyən edə bilər. Uşaqların təhsilə nəzarətinin tam həyata keçirilməsi üçün valideynin daim məktəblə, məktəb psixoloqu ilə əlaqə qurması çox vacibdir. Valideynlərindən başqa kim uşağını, onun yaxşı və ya pis davranışını daha yaxşı bilir? 

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin psixoloqu Güldərən Zeynalova mütəmadi olaraq məktəb şagirdləri və onların valideynləri ilə onlayn görüşlər keçirir, lazımi tövsiyələrini bildirir, onların problemləri ilə maraqlanır.  

Sülhiyyə Maqsudovanın rəhbərlik etdiyi 7”A” sinif şagirdləri ilə onlayn görüş keçirən məktəb psixoloqu Güldərən Zeynalova pandemiya səbəbindən yaranan çətinliklərə görə, onlayn dərsə qoşula bilməyən şagirdlərin durumu ilə maraqlanmış və  mənfi təsirlərə səbəb olan animasion filimlər mövzusunda söhbətlər aparmışdır. Sözügedən sinifdə oxuyan Cəfərzadə Röyalın valideyni ilə onlayn qaydada söhbət apararaq, onun fikilərini öyrənmiş və ona mənəvi dəstək olacağını bildirmişdir.

Sonda məktəb psixoloqu şagirdlərə və onların valideynlərinə COVİD-19 virusu səbəbindən yaranmış müvəqqəti çətinliklərə səbrlə yanaşmağı, həm psixoloji, həm də daxili sağlamlıqlarını qorumağı tövsiyə etmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi