Psixoloqun şagirdlərlə bir günü

Uşaq ilk dəfə məktəbə gəlir… Onun üçün bu, sevindirici bir hadisədir. Yeni insanlar, ilk müəllim, bundan əvvəlki həyatının tam dəyişməsi…
O, indi oxumalı, təhsil almalı, yeni biliklər, davranışlar qazanmalıdır. Onun üçün bu həyat daha mənalı, daha məsuliyyətlidir. Bu anı qaçırmamaq müəllimin və psixoloqun işində çox vacibdir.
Məktəb sosial biliyin verildiyi təhsil ocağı adını alsa da, məktəbə qədəm qoyduğu ilk günlərdən uşaqlarla iş prinsiplərinin tam həyata keçirilməsi, eyni zamanda uşağa insanlararası münasibətlərdə ilk təcrübəni, biliklərin daha tez mənimsənilməsini və daha çox şeyi öyrənməyə kömək edən əlbət ki, psixoloqdur.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin psixoloqu Güldərən Zeynalova bu gün məktəbin 5”C” sinif şagirdləri ilə “Microsoft Times” proqramı vasitəsi ilə onlayn görüş keçirib.
5”C”-nin sinif rəhbəri Bahar Əkbərovanın köməyi ilə yaradılan onlayn görüş zamanı şagirdlərin psixoloji durumları ilə maraqlanan psixoloq onlara lazimi məsləhət və tövsiyələrini vermiş, 44 günlük Vətən müharibəsi mövzusunda söhbətlər etmişdir. Şagirdlərdə vətənpərvərlik ruhu yaratmağa çalışan Güldərən Zeynalova kinci Qarabağ savaşı zamanı Vətən yolunda ŞƏHİD və QAZİ olmuş igidlərimiz haqqında danışmışdır.
Sonda məktəb psixoloqu şagirdlərin bir qisminin valideynləri ilə söhbətlər aparmış, onlara bu pandemiya zamanı yaranan bəzi çətinliklərə görə psixoloji dəstək olmağa hazır olduğunu bildirmiş və verilən sualları cavablandırmışdır.