Pedaqoji Şura

30 Yanvar 2020-ci il tarixində məktəbdə Xüsusi Karantin rejiminə təsadüf edən növbəti Pedaqoji Şura iclası vitual platforma üzərindən keçirildi.Gündəlikdə bir çox məsələlər dururdu. Xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə ümumi təhsil pilləsində təhsilalanların məktəbdaxili qiymətləndirmənisinin müvəqqəti Qaydası haqqında müzakirələr aparıldı.2020-2021-ci ildə tədris ilində I yarımilin yekunları,II yarımildə görüləcək işlər haqqında danışıldı. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq pedaqoji kollektivə müəyyən tapşırıqlar verildi.Sinif rəhbərlərinə müəyyən səbəblərdən qiymətləndirmədə iştirak etməyən şagirdlərin siyahısını məktəb rəhbərliyinə təhvil vermək,valideyn iclasları keçirərək şagirdləri distant dərslərə qoşulmasını maksimum dərəcədə təmin etmək tapşırıldı. Məktəb rəhbərliyi tərəfindən ikinci yarımildən tədrisin keyfiyyətini daha artırmaq tövsiyə olundu.