Hünərin, igidliyin mübarək Vətən oğlu!

Vətən bizim yaşadığımız və yaşamadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlayır. Vətən onun yamyaşıl çəmənlərindən, durna gözlü bulaqlarından, coşqun çaylarından, masmavi göllərindən başlayır.
        Vətən müqəddəsdir, ülvidir. Onun dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.

Vətənimiz Azərbaycan! Odlar yurdu Azərbaycan! Başıbəlalı Azərbaycan!

Sən, biz azərbaycanlıların tarixi vətəni, tarixi yurdusan. Sənin hər qarışın – dağın, daşın, durna gözlü bulaqların bizim üçün əzizdir, doğmadır. Hər bir azərbaycanlı səni göz bəbəyi kimi qorumalı, lazım gələrsə, uğurunda canını belə, fəda etməlidir.

Ey ana vətən, sənin tarixin çox qədimdir. Əsrlər boyu yağı düşmən sənin barlı-bəhrəli torpaqlarına, tükənməyən sərvətinə göz dikmiş, düşmənə “qan udduran” igidlərimiz isə onların gözünə “ox” olub batmışdır.

Başıbəlalı vətənim, həmişə, hər zaman səni parçalamağa çalışdılar. Təbrizini, Zəngəzurunu, gözəl Qarabağını qoparıb səndən aldılar. Amma sən yenə də öz məğrurluğunu qoruyub saxladın. Əlbətdə ki, qəhrəman oğullarının sayəsində.

27 senytabr 2020-ci ildə başlayan 44 günlük İkinci Qarabağ savaşı!  Bu haqq savaşında illərlə düşmən işğalında qalan yurd yerlərimizi – gözəl Qarabağımızı öz qanları, canları bahasına işğaldan azad edən oğullarımızdan bəziləri Vətən uğrunda ŞƏHİDlik zirvəsinə ucaldılar, bəziləri yaralanaraq qazi oldular, bəziləri isə Vətən Müharibəsi İştirakçısı olaraq bizə QƏLƏBƏ sevinvini yaşatdılar.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin məzunu olmuş, hal-hazırda isə İkinci Qarabağ Müharibəsi iştirakçısı olmuş Hüseynov Kənan Eldəniz oğlu 27 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən torpaqlarını yağı düşməndən azad etmək üçün Qarabağa yollanır. O, Kəlbəcər və Füzuli istiqamətində igidliklə döyüşərək, oranı düşməndən azad edir və düşmənin hərbi texnikasını - tankını, silah-sursatla dolu KAMaz markalı hərbi maşınını ələ keçirir. Şuşa və Xocavənd istiqamətində gedən döyüşlərdə isə düşmən tərəfindən mühasirəyə düşsələr də, düşməni məhv edərək mühasirədən çıxmışlar.

Azərbaycan Respublikasının Prezidenti, Ali-Baş Komandan cənab İlham Əliyev Kənanı “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən Müharibəsi İştirakçısı” medalı ilə təltif etmişdir.

Hünərin, igidliyin mübarək Vətən oğlu! Biz səninlə və sənin kimi igidlərimizlə fəxr edirik! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi