Psixoloji maarifləndirmə, psixoloji diaqnostika, psixolji konsultasiyalar istiqamətləri üzrə tədbirlər

Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99N-li tam orta məktəbdə il boyu müntəzəm olaraq, məktəb psixoloqu və məktəb rəhbərliyi tərəfindən psixoloji maarifləndirmə, psixoloji diaqnostika, psixoloji proflaktika, psixoloji məsləhətlər istiqamətləri üzrə tədbirlər görülür və bu sahədə seminarlar, "dəyirmi masalar" və müzakirələr təşkil olunur.
Bu işlər sayəsində təlim prosesində şagird şəxsiyyətinin formalaşmasında, onun davranışında və psixi inkişafında baş verə biləcək mənfi halları üzə çıxarmaq imkanı yaranır və qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Psixoloji konsultasiyalar zamanı şagirdin təlimə marağının olmamasının, neqativ davranışının, həmyaşıdlarını və müəllimləri ilə şəxsiyyətarası münasibətlərdəki problemlərin və s. səbəbi araşdırılır. Bu zaman uşağın yaş və fərdi-psixoloji xüsusiyyətləri, ailədaxili münasibətləri nəzərə alınmalıdır. Diaqnostik iş şagirdin fərdi-psixoloji xüsusiyyətlərini, potensial imkanlarını, qabiliyyətlərini, təlimə hazırlıq səviyyəsini üzə çıxarmağa imkan verir.
Sadalanan bütün bu işlərin görülməsi məktəbdə psixoloji xidmətin təşkilinin həyata keçirildiyini göstərir.