Məmməd Cəfər Cəfərov elm aləminədə

Xətai rayonu 98 nömrəli tam orta məktəbdə məktəbin azərbaycan dili müəllimi Solmaz Qocayeva tərəfindən Azərbaycan ədəbiyyatşünaslıq elmi tarixində dəyərli əsərlərin müəllifi olan" Məmməd Cəfər Cəfərov elm aləmində" adlı tədbir keçirildi.Tədbirdə şagirdlərin nəzərinə çatdırıldı ki, Azərbaycanda ədəbiyyatşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərmiş Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıq elminə yeni nəfəs bəxş edib.Onun elmi məqalələrində və kitablarında ortaya qoyulan bir çox məsələlər müasir dövrdə də əhəmiyyətli tədqiqatların predmetinə çevrilə bilər.
Tədbirin sonunda Məmməd Cəfər Cəfərovun yaradıcılığına dair videoçarx nümayiş etdirildi.