“Azərbaycan! Dünyaya açılan pəncərəm mənim!”adlı vətənpərvərlik tədbiri keçrildi.

 2019-cu il may ayının 17-də Bakı şəhəri Xətai rayonu 98 saylı tam orta məktəbdə Coğrafiya müəllimi Arifə Məmmədovanın rəhbərlik etdiyi 8a sinfinin “Azərbaycan! Dünyaya açılan pəncərəm mənim!”adlı vətənpərvərlik tədbiri keçrildi.

            Tədbirdə şagirdlər AXC-nın  yaranmasından müstəqil Azərbaycanın yaranmasına qədər və müasir dövrü öz çıxışları ilə ışıqlandırılan tədbirdə məktəb rəhbərliyi,müəllimlər, şagirdlər, valıdeynlər başqa qonaqlarla birlikdə tanınmış simalar “Azərbaycan Generalları” romanının müəllifi yazıçı-jurnalist Şəmistan Nəzirli, öz vətənpərvərlik mövzusunda yazdığı əsərləri ilə tanınan Əliağa Cəfərov iştirak edirdi.

            Bu fəxri qonaqlar şagirdlərimizin çıxışlarından çox təsirləndiklərini və razı qaldıqlarını bildirdilər. Onlar öz yazdıqları əsərləri haqqında hərtərəfli məlumat verdilər. Ş.Nəzirli “Azərbaycan Generalları”  haqqında romanını yazarkən qarşılaşdığı insanlardan, onların həyatlarından danışdı. Şagirdlərimiz bu mövzuda yazıçıların bir neçə suallarına cavab aldılar.

            Ə. Cəfərov “Qırğın” romanı haqqında geniş məlumat verdi.

            Məktəbin direktoru Nazim Səfərov öz çıxışında belə tədbirin şagirdlərimizin ifasında artıq silsilə şəklini aldığını vurğuladı. Qonaqlara da öz təşəkkünü bildirdi.

            Sinif rəhbəri Arifə Məmmədova, direktor müavini Bahar Məmmədova, coğrafiya müəllimi Rəna Məmmədova da ətraflı çıxış etdilər. Onlar bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik  tərbiyəsində mühüm rol oynadığını dönə-dönə qeyd etdilər. Tədbirin sonunda “Yaşasın Azərbaycan!”, “Eşq olsun bizim gələcəyimiz olan bu balaca fidanlara!” şüarları səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi