"20 Yanvar" haqqında tədbir
98 nömrəli tam orta məktəbdə çagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaş-dırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğ edilməsi məqsədi ilə ədəbi-bədi gecə keçirildi. Gecədə 20 Yanvar faciəsi tariximizin Şərəf və Qəhrəmanlıq səhifəsi olduğunu şagirdlər tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonda məktəbin direktoru Nazim Səfərov 20 Yanvar faciəsnin törədilməsində Sovet imperiya başçılarının qırğın planlarından, Bakıda və respublikamızın digər yaşayış məntəqələrindəki təcəvüzündən bu təcavüzün xalqımızın azadlıq hərəkatnı boğa bilmədiyindən söhbət açdı.