Dalğalanan bayrağım
98 nömrəli tam orta məktəbdə ana dili müəllimi Sevil Rəhimovanın və sinif rəhbəri Zahidə Alıyevanın təşkilatçılığı ilə 7b sinifində “Dalğalanan bayrağım” adlı tədbir keçirildi.
Tədbirdə şagirdlər bayrağımız və Vətənimiz haqqında ürək sözlərini söylədi, Vətənimizə və Bayrağımıza aid yazılmış şeir və mahnılar təqdim etdilər.
Sonda Bayrağımızın daim dalğalanması uğrunda canından keçən igid Vətən oğullarına
həsr edilmış video-çarx nümayiş olundu.