İngilis dili fənn aylığı
98 saylı tam orta məktəbdə 28.02.2018-ci il tarixdə “İngilis dili fənn aylığı” çərçivəsində “English lovers” mövzusunda məktəbin ingilis dili fənn metodbirləşməsinin sədri Sevda Qarayevanın rəhbərliyi və ingilis dili müəllimlərinin birgə səyi ilə tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dili fənninə olan maraqlarının, bilik və bacarıqlar fənnin tədrisinin keyfiyyətinin daha da artırılmasından ibarət idi.