“Xocalı harayı” mövzusunda tədbir keçirildi
Bakı şəhəri 98 saylı tam orta məktəbdə 23 fevral 2018-ci il tarixdə şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması məqsədilə 7a sinfində Arıfə Məmmədovanın rəhbərliyi ilə “Xocalı harayı” mövzusunda tədbir keçirildi.
Tədbirdə şagirdlər qədim diyarımız olan Xocalıda ermənilərin zaman-zaman törətdikləri qırğınlardan, ordakı tarixi abidələrin dağıdılmasından söhbət açdılar,Xocalı qətliamına həsr olunmuş şeirlər, mahnılar söylədilər.