“Narkomaniyaya yox deyək,sağlam həyat tərzini seçək!” mövzusunda tədbir keçirildi

 

98 saylı tam orta məktəbin Fəaliyyət Planına uyğun olaraq 18.12.2017-ci il tarixdə məktəbin psixoloqu Teymurova Ramilə Fəxrəddin qızının təşkilatçılığı ilə məktəblilərin zərərli vərdişlərdən qorunması,onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə “Narkomaniyaya yox deyək,sağlam həyat tərzini seçək!” mövzusunda geniş tədbir keçirildi.Tədbirdə şagirdlər narkomaniyanın bəşəriyyətin qlobal probleminə çevrilməsindən, insanlara, ailəyə və ümumilikdə cəmiyyətə vurduğu  ziyandan, ona qarşı mubarizə yollarından söz acdı, narkomaniyanın bir bəla olduğunu hazırladıqları çıxışlarla,səhnəciklərlə  tədbir  iştirakçılarının  diqqətinə  catdırdı. Tədbir məktəbin direktoru Nazim Səfərovun və Xətai Rayon 35-ci Polis Bölməsinin Azyaşlılarla İş Üzrə inspektoru, polis kapitanı Günel Həsənovanın yeniyetmələr arasında  narkomaniya və alkoqolizm meyllərinin, hüquq  pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması mövzusunda çıxışları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi