Ulu Öndər Heydər Əlyevin anım günü

98 saylı tam orta məktəbdə Müstəqil Azərbaycanımızın memarı olan Ümummilii Lider  Heydər Əliyevin əziz xatirəsi anıldı. Anım gününə həsr olunmuş tədbirdə məktəbin tarix müəllimləri Yasəmən Əsgərova “Əsrə bərabər ömür” mövzusunda, Elnurə Seyidova isə Ulu Öndərin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdilər,şagirdlər tərəfindən verilmiş sualları ətraflı cavablandırdılar.

Sonda məktəbin direktoru Nazim Səfərov çıxış edərək qeyd etdi ki, Azərbaycan  xalqı öz dahi oğlunu heç vaxt unutmayacaq , onun qoyub getdiyi zəngin irs bu gün də hər birimiz üçün öyrənmək və öyrətmək mənbəyidir, onun dühasının tükənməz nuru Azərbaycan müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahına daim işıq saçacaqdır.

Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi