Ekoloji ayliq
Yanvar ayında Xətai rayonu 98 saylı tam orta məktəbdə “ Təhsili dəyərə çevirək “ devizi altında “Ekologiya və iqtisadiyyat “ aylığı keçirildi. Şagirdlərimiz iqtisadiyyatımızı və ekologiyamızı qorumağa böyük həvəs və maraq göstərdi. Belə ki, ağacların kəsilib kağıza çevrilməsini nisbətən azaltmaq və ekologiyamızı qorumaq məqsədilə tullantı kağızlar toplandı və təhvil verildi. Şagirdlərimiz toplanmış tullantı kağızların bir hissəsindən hətta bəzək əşyaları da düzəltdilər . Sonda fəal sinflər məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.