8-Cİ SİNİFLƏRDƏ BSQ

02.06.2025-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin kompyuter vasitəsi ilə böyük summativ qiymətləndirməsi keçirildi. Şagirdlər Azərbaycan dili, ingilis dili, riyaziyyat fənlərindən açıq və qapalı suallara cavab verdilər. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.