28 MAY - MÜSTƏQİLLİK GÜNÜ

28 May 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu, bütün Şərqdə və müsəlman aləmində yaradılmış ilk demokratik respublika idi. Cümhuriyyətin yaranması xalqımızın azadlıq və müstəqillik arzularının təntənəsi idi. Qısa ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu, xalqın maariflənməsi və beynəlxalq əlaqələrin qurulması istiqamətində mühüm addımlar atdı.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və 28 May tarixi yenidən müstəqil dövlətçiliyimizin simvoluna çevrildi. Bu gün Azərbaycanın hər yerində Müstəqillik Günü xalqımızın qürurla qeyd etdiyi ən önəmli tarixlərdən biridir.
28 May – Müstəqillik Günü münasibətilə Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə anım və bayram tədbiri keçirildi. Tədbir Dövlət Himni ilə başladı, sonra şəhidlərin xatirəsi sükutla yad edildi.Şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, bədii kompozisiyalar təqdim olundu.