ERKƏN NİKAHIN FƏSADLARI

Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşəna çatmış şəxslər evlənmək və ailə qumaq hüququna malikdirlər. Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Bu problemin aktuallığını nəzərə alaraq bu gün 8-ci sinif şagirdləri ilə bu mövzuda məktəbin biologiya müəllimləri Zahidə Alıyeva və Şəhla Ramazanova, məktəbin psixoloqu Ramilə Hacıyeva maariləndirici iş apardılar. Erkən nikahlarn səbəb olduğu faciələr, problemlər haqqında müzakirələr aparıldı. Məsələyə bir neçə aspekrdən yanaşılaraq, erkən nikahın səbəbləri, fəsadları və onun qarşısının alınması yollarına toxunuldu.