MÜTALİƏNİN FAYFALARI HAQQINDA DƏYİRMİ MASA

Mütaliə özündə "kitaba sevgi", "oxuya maraq", "oxuduğunu qavramaq və anlamaq" və "yaradıcı oxu" kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Bu sahədə məktəb kitabxanalarının üzərinə böyük məsuliyyət düşür.
Elə bu məqsədlə də mütəmadi olaraq, məktəbimizin kitabxanasında mütaliənin faydaları, kitabların təbliğinə həsr olunmuş kitab müzakirələri, oxu günləri, dəyirmi masalar keçirilir.
Növbəti belə tədbirlərdən biri də 15.05. 2025-ci il tarixində kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Gülşən Əliyevanın və 2A sinfinin iştirakı ilə məktəbimizin kitabxanasında keçirilmişdir. Mütaliənin faydalarına həsr olunmuş dəyirmi masada Ülkər Əhmədova kitab mütaliəsinin insanlara faydaları, kitabın və kitabxanaların tarixi haqqında məlumat verdi. Sonda isə o, əsas bilik mənbəyimiz hesab olunan kitabların çapdan çıxma prosesini nümayiş etdirdi və şagirdlərə min bir əziyyətlə ərsəyə gələn kitabları qorumağı tövsiyyə etdi.