İLQAR MİRZƏYEV - ADINLA FƏXR EDİRİK !

    08.05.2025 - ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirildi. Tədbir zamanı çıxış edənlər İlqar Mierzəyevin qəhrəmanlıq dolu həyat yolundan danışdılar. Onun göstərdiyi şücaət, vətənə olan sevgisi, döyüş meydanında yazdığı igidlik dastanı böyük hörmət və fəxrlə xatırlandı. Məktəbin şagirdləri şəhidə həsr olunan şeirlər səsləndirdilər, səhnəciklər nümayiş etdilər.

    Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov və Milli Qəhrəman İlqar Mirzəyevin ailə üzvləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi