SİNİFLƏRDƏ KİTAB GUŞƏLƏRİ

Kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir.Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada olsa da, sonralar daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatmışdır. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir.
Tarixdə ən vacib kəşflərdən biri olan kitabın insanın həyatında rolu böyükdür. Kitabları və mütaliəni təbliğ etmək hər bir ziyalının, pedaqoqun, kitabxanaçının borcudur.
Elə buna görədir ki, məktəbimizdə kitabxana müdiri Ülkər Əhmədovanın tövsiyyəsi, sinif rəhbərlərlərinin təşkilatçılığı ilə sinif kitab guşələri yaradılmışdır. Ülkər Əhmədova 2A, 2B, 4A, 4B, 5A, 5B, 6A, 7A, 7B, 8A 9B siniflərində yaradılan kitab guşələri ilə tanış oldu və şagirdlərə mütəmadi olaraq bu guşələri müxtəlif kitablarla zənginləşdirməyi və onları mütaliə etməyi tövsiyyə etdi.