23 APREL- ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995- ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Bu mötəbər gün ölkəmizdə də hər il qeyd olunur. Kitabxanalarda bu günə həsr olunmuş tədbirlər keçirilir.
Bu il də məktəbimizin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 4A sinif şagirdlərinin iştirakı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ülkər Əhmədova şagirdlərə qədim yazı materialları, kitab çapının tarixi, keçmişdən bu günümüzədək mövcud olmuş müxtəlif kitabxanalar, həmçinin mütaliənin insan həyatında faydaları haqqında geniş məlumat verdi. Sonra şagirdlər bu günədək oxuduqları kitablardan söz açdılar.