ŞAH İSMAYIL XƏTAİYƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    Şah İsmayıl Xətai qılıncı və qələmi ilə Azərbaycan tarixində dərin iz qoymuş böyük şəxsiyyətdir.O, vahid Azərbaycan dövlətinin əsasını qoymuş, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmış, lirik və epik növlərdə gözəl əsərlər yaratmış hökmdar-şair olmuşdur. 
  Belə bir şəxsiyyəti gələcək nəsillərə tanıtmaq hamımızın borcudur. Bizim birbaşa borcumuzdur, çünki yaşadığımız rayon onun adı ilə bağlıdır.
  Bu məqsədlə, 18 aprel tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Nərgiz Hüseynovanın və 2B sinif şagirdlərinin iştirakı ilə Şah İsmayıl Xətaiyə həsr olunmuş dəyirmi masa keçirildi. Burada Ülkər Əhmədova bu dahi şəxsiyyət haqqında geniş məlumat verdi, onun kitabları ilə şagirdləri tanış etdi. Sonra şagirdlər onun əsərlərini mütaliə etdilər.        
  Sonda Xətainin adını daşıyan rayonumuzdan danışan Ülkər Əhmədova onun fotolarını da şagirdlərə nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi