ZƏRİFƏ ƏLİYEVANIN ANIM GÜNÜ

Aprelin 15-də İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günü keçirilib.
Şagirdlərə slaydlar, videosujetlər vasitəsilə Zərifə Əliyevanın həyatı, təhsili və elmi fəaliyyətləri barədə məlumat verilib. Bildirilib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Zərifə Əliyeva yalnız görkəmli alim və həkim deyil həm də böyük şəxsiyyət idi. Onun Azərbaycan səhiyyəsinə və elminə verdiyi tövhələr daim yaşayacaq.