VALİDEYNLƏRİN NƏZƏRİNƏ !

E L A N
Hörmətli valideynlər!
Həftənin hər iş günü saat 14 - 00 – 15 - 00 aralığında məktəbdə elektron sistemlər haqqında (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məqsədilə qəbul günləri təyin edilmişdir. Qəbul zamanı əsasən aşağıdakı sualların cavablandırılması təmin ediləcəkdir:
•I sinfə hansı yaş uşaqlar qəbul edilir?
•I sinfə şagird qəbulu hansı formada aparılır?
•Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
•Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
•Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?
•Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyyə prosesinə cəlb edilə bilərmi?
•I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
•Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
•Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
•Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
•X sinfə şagird qəbulu hansı formada aparılır?
•Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Məktəbin direktoru : Yeganə Məhərrəmova