ZƏRƏRLİ VƏRDİŞLƏRİN TƏSİRİ VƏ QARŞISININ ALINMASI YOLLARI

Vərdişlər şüuraltının köməyi ilə avtomatik olaraq vaxtaşırı icra edilən davranış forması hesab edilir. Milli əxlaqi dəyərlərə, adət və ənənəyə zidd olan, zehni və fiziki sağlamlığa zərbə vuran zərərli vərdişlər isə son dərəcə təhlükəli təzahürlərdir. Zərərli vərdişlər hər il dünyada milyonlarla insanın normal fiziki gücünü əlindən alır, psixoloji durumunu ağırlaşdırır. Bu təhlükəli vərdişlər nadan, məlumatsız, eləcə də təcrübəsiz, məsuliyyətsiz və özünüidarəetmə səriştəsi olmayan insanların, xüsusilə həyatda hələ heç bir çətinlik, bərk-boş görməyən, idraki və dünya görüşü zəif, özünüqoruma barədə məlumatı çox az olan bəzi gənclərin başı üstündə kabus kimi dolaşaraq onları çıxılmazlığa sürükləyir.
Bu bəlanın qarşısını almaq məqsədi ilə Azərbaycanın Milli qəhrəmanı İlqar Mirzəyev adına 98№-li məktəbdə Reproduktiv sağlamlıq mövzusunda təşkil olunan silsilə tədbirlər çərçivəsində “Zərərli vərdişlərə Yox deyək” mövzusunda 8-ci siniflərlə məktəbin biologiya müəllimləri Mahmudova Nərgiz və Ramazanova Şəhla, məktəbin psixoloqu Hacıyeva Rəmilə tərəfindən profilaktik söhbət aparılmışdır. Mövzu ilə əlaqəli slayd göstərilmiş, videoçarx nümayiş olunmuşdu.