REPRODUKTİV SAĞLAMLIQ

Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiyası və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.
Ümumi təhsil müəssisələrində Reproduktiv Sağlamlıq mövzusunda silsilə məşğələtin davamı olaraq bu gün İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə psixoloq Ramilya Teymurova, məktəbin biologiya müəllimləri Ramazanova Şəhla, Əliyeva Zahidə, məktəb həkimi Məmmədova Aygün tərəfindən 9-cu sinifin oğlan və qızları ilə “Yeniyetmələrin sirləri” başlığı altında seminar təşkil olundu.
Seminarda qızlarda və oğlanlarda baş verən cinsi yetişkənlik və fiziki dəyişiklik, insanın reproduktiv sistemi haqqında məlumat verildi. Cinsi yetişkənlik qız və oğlanın yetkinlik keçid dövrünün bir əlamətidir. Cinsi yetişkənlik yeniyetməlik dövrünün əvvəlində başlayır, adətən 9–14 yaşlarında baş verir. Cinsi yetişkənlik dövründə mürəkkəb proseslər yalnız cinsiyyət orqanlarında deyil, bütün orqanizmdə gedir və bir çox fiziki dəyişikliklərə səbəb olur. Seminar çərçivəsində reproduktiv sağlamlığa dair slayd nümayiş olundu.