ƏLİAĞA ŞİXLİNSKİ HAQQINDA DƏYİRMİ MASA

Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəb General Əliağa Şıxlinski küçəsində yerləşir.Bu insanı şagirdlərə tanıtmaq bizim borcumuzdur.
Bu məqsədlə, məktəbimizin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Lalə Babayevanın və 3A sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada Ülkər Əhmədova şagirdlərə generalın həyatı, iştirak etdiyi müharibələr, aldığı orden və medallar, hərbi dərsliklərə salınan "Şıxlinski üçbucağı" adlanan hərbi-elmi nəzəriyyəsi haqqında məlumat verdi.